Mədəniyyət Nazirliyi təqdim edir: “Xarı bülbül

   

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanın Vətən müharibəsində zəfərini, xalqımızın yenilməzliyini, milli qürur və vətənsevərlik hisslərini tərənnüm edən videoçarx hazırlanaraq internet məkanda, sosial şəbəkələrdə yayımlanır.

 

“Xarı bülbül” adlı videoçarxda Azərbaycan xalqının döyüş əzmindən, qədim yurd yerimiz olan Qarabağ uğrunda apardığı müharibədə əldə etdiyi qalibiyyətdən və bu tarixi zəfəri, xalqımızın torpaq həsrətinə son qoyulmasını simvolizə edən əfsanəvi xarı bülbül çiçəyinə sevgidən söhbət açılır.

 

Bundan öncə Azərbaycan Ordusunun zəfər yürüşünü və cəmiyyətdə vətənsevərlik ruhunu tərənnüm edən “Bayatı-Şiraz” videoçarxı təqdim olunmuşdu.

 

“Xarı bülbül” videoçarxını aşağıdakı linkdə izləmək olar:

 

http://mct.gov.az/az/umumi-xeberler/13372

 

 

Mədəniyyət.- 2020.- 18 dekabr.- S.8.