Azərbaycanlı rejissorun “Uğur böcəyi” mükafat qazanıb

 

ABŞ-ın Pensilvaniya ştatında yaşayan azərbaycanlı rejissor Elmar Bayramov növbəti dəfə mükafat qazanıb. Həmvətənimizin “Uğur böcəyi” (“Ladybug”) qısametrajlı filmi Florida ştatının Koko Biç (Cocoa Beach) şəhərində keçirilən “15 Minutes of Frame” (“15 dəqiqə kadr”) festivalında “Ən yaxşı sosial film” nominasiyası üzrə qalib olub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Autizm sindromlu uşaqlara həsr edilən filmdə Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudovun ifasında “Laçın” mahnısı səsləndirilib.

 

Qeyd edək ki, Azərbaycandan ABŞ-a köçən Elmar Bayramov Pensilvaniya ştatında rejissor kimi çalışır. Onun “Oops” qısametrajlı filmi bir müddət əvvəl “Urban Action Showcase” festivalında “Döyüş” nominasiyası üzrə qalib olub.

 

Mədəniyyət.- 2020.- 18 dekbar.- S.1.