Türk Dünyası Sənədli Film Festivalı başa çatıb

 

Azərbaycanlı rejissorun “Hapıtlar” filmimükafata layiq görülüb

 

Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Doqquz  ölkə, doqquz şəhər!” devizi altında keçirilən V Türk Dünyası Sənədli Film Festivalı başa çatıb.

 

Federasiyanın və festivalın təşkilat komitəsinin sədri Menderes Dəmir bildirib ki, professional və tələbə kateqoriyalarında keçirilən festivalın builki mövzusuTürk mədəniyyəti və türkün dünyaya baxış bucağı” idi. Festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şimali Kipr, Macarıstan, Şimali Makedoniya ilə yanaşı, Rusiya Federasiyasının Tatarıstan, Çuvaşiya, Başqırdıstan, Tuva, Yakutiya, Dağıstan və Xakasiya respublikaları təmsil olunub.

 

Festivalın bağlanış mərasimi Türkiyənin Osmaniyyə şəhər valiliyi, Osmaniyyə Ticarət və Sənaye Palatası, “Qorqud AtaUniversitetiTürk Dünyası Kültür, Sənət və Kino Vəqfinin dəstəyi ilə reallaşıb.

 

Öncə Qazaxıstan Dövlət Universiteti tərəfindən hazırlanan “Böyük müəllim Əl Fərabi” filmi nümayiş olunub. Sonra qonaqlar Türkiyənin məşhur aktyoru Çüneyt Arkının çəkildiyi filmlərin afişalarının da yer aldığı, türk kinosunun 106 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

 

Bir sıra televiziya kanallarının canlı yayımladığı mərasimdə diqqətə çatdırılıb ki, festivala türk dünyasının 33 bölgəsindən ümumilikdə 150 sənədli film qatılıb. Pandemiya səbəbindən finala mükafat qazanan filmlər festivalın “YouTube” kanalı üzərindən nümayiş olunub.

 

Peşəkar nominasiyasında birinci mükafata qırğızıstanlı rejissor İbadulla Adjıbayevin “Müəllim”, ikinci mükafata türkiyəli rejissor Özer KesemeninDiş ağrısı”, üçüncü mükafata isə azərbaycanlı rejissor Vəli Səyyadinin “Hapıtlar” və türkiyəli rejissor Mehmet Can Bindalın “Şəms” filmləri layiq görülüb. Bu nominasiyanın xüsusi mükafatları Atbin Hüseyninin “Dumanlı sərhəd” və  Özbəkistandan Murod OdilovunSuzuk Ota” filmlərinə təqdim olunub.

 

Tələbə kateqoriyasında birinciliyi Türkiyədən Yağmur Kartalın “Oyuncaqçı: gizli yadigarlarfilmi əldə edib. İkinciüçüncü yerləri isə Tatarıstan (Rusiya) və Qırğızıstandan olan tələbələrin filmləri qazanıb.

 

Münsiflərin xüsusi mükafatına Qazaxıstandan Aralim ZetkergeninCraftsmanfilmi layiq görülüb. Festivalın təşkilat komitəsinin xüsusi mükafatını isə türkiyəli rejissor Həsən ErdoğmuşunMerkeb-i-Mesaifilmi alıb.

 

Festivalın “Yaşam boyu” mükafatı korifey türk aktyoru Cüneyt Arkına verilib.

 

Türk dünyasının fəxri” mükafatı bu dəfə tanınmış qırğız rejissoru Murat Əliyevin xatirəsinə həsr edilib.

 

Bildirək ki, festivalın münsiflər heyətində ölkəmizi rejissor, Əməkdar incəsənət xadimi Nizami Abbas təmsil edib. Təəssüratlarını bizimlə bölüşən rejissor bildirdi ki, mükafatlandırma mərasimində həm də Azərbaycanın Vətən müharibəsində Qələbəsi böyük təntənə ilə qeyd edilib: “Düzü, festivalın yekun tədbirinə şəxsən qatılacağımı təxmin etmirdim. Mədəniyyət Nazirliyinin dəstəyi və göndərişi ilə Türkiyəyə yollandım və bağlanış mərasimində iştirak etdim. Osmaniyyə valisinə Azərbaycan bayrağı hədiyyə etdim. Tədbirin keçirildiyi mərkəz Azərbaycanın Vətən müharibəsində Qələbəsi münasibətilə başdan-başa bizim bayraqlarla bəzədilmişdi. Hər kəs Qələbəmizi böyük sevinclə qarşılayır və fikirlərini bölüşürdü. Bir daha əmin oldum ki, türk qardaşlarımızın bu sevgisi şüar deyil, ürəkdən gələn sevgidir. Tədbirdə iştirakıma görə nazirliyə və Qələbəmizin təntənə ilə qeyd edilməsinə görə festivalın təşkilatçısı Menderes Dəmirə təşəkkürümü bildirirəm”.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2020.- 23 dekbar.- S.1;3.