2020-nin işıqları sönmüş səhnəsi

 

 

Yaxud “COVİD-19 tamaşası” çox uzun çəkdi...

 

Teatrla uzaqdan da olsa, maraqlanan hər kəs bilir ki, bu ilin martından COVİD-19 pandemiyası al-əlvan tamaşa səhnələrini zülmətə qərq edib. Əgər ən sıradan  tamaşaçı da bu müddətdə teatr üçün qəribsəyibsə,  ömrünü teatrda, səhnədə keçirənlərin nə çəkdiyini isə təsəvvür etmək mümkündür. Artıq 2020-ni başa vururuqheç olmasa, yeni ildə bu səhnələrin işıqlarının tez yanmasını arzu edirik.

 

Pandemiya müddətində teatrlarımız onlayn tamaşalar, sosial-mədəni aksiyalar, videoformatlı layihələrlə bu durğunluğa rəng qatmağa çalışsalar da, effekti heç özlərini də qane etmədi. Düzdür, büdcədən maliyyələşən digər müəssisələr kimi teatrlar da elə bir sıxıntı yaşamadı. Bu, dövlətimizin mədəniyyət siyasətindəki həssaslığı olmaqla yanaşı, vətəndaşına diqqətinin bariz nümunəsidir ki, bunu da  alqışlamaq gərək.

 

Narahatlıq yaradan əsas məqam, təbii ki, teatrların fəaliyyət göstərmədiyi müddətdə plan-proqramına (hazırlanmayan tamaşalar, göstərilməyən premyeralar) və müvafiq olaraq əlavə maddi (kassa satışı) mənbə sarıdan dəymiş ziyan ilə bağlıdır.

 

Beləliklə, yanvar-fevral aylarında ilk rübün tamaşaları  məşq edilən səhnələr 10 mart  Milli Teatr günü ərəfəsində qapadıldı. Və yaradıcılıq prosesi dayandı...

 

Məsələn, Akademik OperaBalet Teatrı 2020-ci ildə nəzərdə tutulan bir çox layihələrini, o cümlədən qastrollarını reallaşdıra bilmədi. May ayında İtaliyanın Azərbaycandakı səfirliyi ilə birgə layihə, həmçinin yeni quruluşlar üzərində işlər, eləcə də iki premyera da bura daxildir.

 

Akademik Milli Dram Teatrı da analoji aqibəti yaşadı. Əgər ötən il teatr səkkiz tamaşanın premyerasını keçirmişdisə, bu il yalnız videoarxivdə olan tamaşaların virtual nümayişi ilə kifayətləndi. Hazırlıq ərəfəsində olanFilumena Marturanotamaşasının premyerası da reallaşmadı.

 

Dünyanı cənginə alan pandemiya səbəbindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da bu mövsümdə bir çox yeni tamaşalarının premyeralarını təxirə saldı. Milli Teatr gününə nəzərdə tutulanBeş manatlıq gəlintamaşası son anda təxirə salındı. Onun ardınca məşqləri gedənMən, nənəm, İliko İllarion,  İstintaq  tamaşaları üzərində yarımçıq qaldı. Çingiz AytmatovunCəmiləpovesti əsasında hazırlanan eyniadlı tamaşanın da aqibəti eyni oldu.

 

Dekabrın 20-də 100 illiyini təqvim üzərindəqeyd edənAkademik Rus Dram Teatrında da eyni vəziyyət hökm sürdü desək, yanılmarıq. Rusiyadan dəvət olunan gənc rejissor Kril Zaborixin Xalq yazıçısı Elçinin “Stalin” pyesi əsasında hazırladığı tamaşa nümayişə çıxa bilmədi.  Maqsud İbrahimbəyovun romanı əsasında teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski tərəfindən onlayn olaraq məşq olunanQara paltarlı qadın gəlirdiadlı səhnə əsəri premyeraya həsrət qaldı.

 

Teatrın qonşu Rusiyada keçiriləcək bir neçə festivalda iştirakı, eləcə ənənəvi qarşılıqlı qastrolları da koronavirusun güdazına getdi. Yeri gəlmişkən, ölkə teatrları arasında yalnızRusdramaonlayn repertuardan imtina etdi bunu monitorda səhnənin mümkünsüz olması ilə əsaslandırdı.

 

Dövlət Gənc Tamaşaçılar Teatrı da pandemiyanın keşməkeşlərini yaşamaqdadır. Əvvəlki illərdə hər rübü ən azı bir premyera ilə yola salan, bir sıra yubiley tədbirlərinə səhnə olan bu sənət ocağı da baş tutmayan yaradıcılıq planlarından təəssüflənir. Tamamlanma işləri gedən “Mauquli” və “Balacayaramaz məxluq” tamaşalarının məşqləri yarımçıq qaldı.

 

İrəvan Dövlət Azərbaycan Dram Teatrı da pandemiya səbəbindən yaradıcı yubanmalar yaşayır. Doğrudur, üç tamaşanın (“Kimdir müqəssir”, “Rəis və beş dul qadın”, “Kral Lir”) onlayn məşqlərinin davam etdiyi bildirilib. Amma onlar da yaxşı bilirlər ki, aktyor məşqi yalnız səhnədə, özürejissorla canlı ünsiyyətdə edə bilər.

 

Bu ilin fevral ayında Xocalı soyqırımına aid tamaşa ilə Bolqarıstana səfər edən Dövlət Pantomima Teatrının yarımçıq tamaşa planında yükə çevrilən “Yük” tamaşasının təhvili də pandemiya səbəbindən təxirə düşdü.

 

Azərbaycan Dövlət Kukla Teatrı da 2020-ci ili premyeralarla başlamışdı. Əvvəlcə “Yeddi nar çubuğu”, ardınca da “Qızıl balıq” tamaşalarının premyerası oldu. Milli Teatr gününə “Balaca qara balıq” tamaşasının premyerası nəzərdə tutulmuşdu. Bundan başqa, daha üç tamaşanın məşqləri pandemiya səbəbindən yarımçıq qaldı. Tarixi və heyəti dəqiqləşdirilən iki beynəlxalq festivalda iştirak da reallaşmadı.

 

Sadaladığımız qeydlər, təbii ki, teatrlardakı vəziyyətin tam mənzərəsi deyil. Bu sıraya ötən müddətdə keçirilməyən müxtəlif tədbirləri, yubiley və yaradıcılıq gecələrini əlavə eləsək, mənzərə daha təfərrüatlı alınardı.

 

Bütün bu fəaliyyət məhdudiyyətləri fonunda ən çox narahatlıq yaradan məqam (bir daha qeyd edirik) məhz yaradıcı prosesin dayanması və aktyorun səhnədən bu qədər uzun müddətə ayrı düşməsidir. Nəzərə alaq ki, teatrlarvaxtsa, nəhayət, fəaliyyətə başlayanda bu yaradıcı heyətlər adaptasiya problemi yaşayacaq. Bir növ səhnəyə öyrəşmək kimi bir prosesdən keçəcəklər.

 

Təbii ki, yazını bu qədər pessimist nota kökləmək istəməzdik. Amma əlimizdən qarşıdakı təqvim ilinə ümid bağlamaqdan başqa da heç nə gəlmir...

 

Həmidə NİZAMİQIZI

 

 

Mədəniyyət.- 2020.- 29 dekabr.- S.5.