“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn müsabiqəsi davam edir

 

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi davam edir.

 

Müsabiqənin keçirilməsində əsas məqsəd musiqi tariximizdə qədimliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, qədim və müasir el havalarının öyrənilməsi, yaşadılması və bu işlərin ölkənin regionlarında daha da canlandırılmasına dəstək verilməsidir.

 

Müsabiqəyə 3 yaş qrupu (9-11 yaş; 12-14 yaş; 15-17 yaş) və 3 nominasiya (Qarabağa aid müxtəlif xarakterli aşıq havaları, gözəlləmə, müxəmməs) üzrə qatılmaq olar. 18-20 yaş arasında gənclərin də müsabiqədə iştirakı mümkündür. Müsabiqədə yalnız 1 nominasiya üzrə 1 nömrədən ibarət videoçarx təqdim etmək olar. Videoçarxın ifa müddəti 3 dəqiqədən çox olmamalıdır.

 

Yarışmaya qatılmaq istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ünvan və əlaqə nömrəsi, nominasiyaifa etdiyi mahnının adı) hazırladıqları videoçarx ilə birgə dekabrın 30-dək qarabagasiqseneti@gmail.com elektron ünvana göndərməlidirlər. Müsabiqə ilə bağlı (012) 492-57-67, (055) 518-00-94 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlamaq olar. Qaliblər 2021-ci ilin mart ayında elan olunacaq.

 

Mədəniyyət.- 2020.- 9 dekabr.- S.5.