Laçınım – doğma yurdum” adlı videoçarx hazırlanıb

 

 

Dekabrın 1-i Azərbaycan tarixinə şanlı səhifələrdən biri kimi yazıldı. Əzəli yurd yerimiz olan Laçın rayonu erməni işğalından azad olundu. Bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Laçınım – doğma yurdum” adlı videoçarx hazırlayıb.

 

Videoçarxda Laçının azad olunduğu tarix, rayonun xəritəsinin təsviri və ərazisi ilə bağlı informasiya yer alıb. Eyni zamanda Laçının təbiəti, maddi-mədəni irsi və memarlıq abidələri haqqında ümumi məlumat verilib.

 

Videoçarxda Laçının memarlıq abidələrindən Birtağlı körpü, Məşədi Mehralı körpüsü, Məlik Əjdər türbəsi, Ağoğlan monastırı, Güləbird kəndində yerləşən Mağara qalası, Sarı Aşığın məzarı, Qarıqışlaq kəndində yerləşən Dəmirovlu Piri məbədi, Varazuğun ərazisindəki məbəd ilə bağlı görüntülər də nümayiş olunur.

 

Videoçarx Məhəbbət Kazımovun “Laçınım” mahnısı ilə müşayiət edilir.

 

Zəfər sevinci ilə hazırlanan materialı kitabxananın “YouTube” kanalına daxil olaraq izləmək mümkündür.

 

Mədəniyyət.- 2020.- 9 dekabr.- S.7.