Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əlaqələri genişlənir

 

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveç Krallığının Azərbaycandakı səfiri Kristian Kamil ilə görüşüb.

 

Fondda keçirilən görüş zamanı Günay Əfəndiyeva qurumun fəaliyyətindən, türkdilli xalqların irsinin, mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə təşkil olunan tədbirlərdən, gələcəkdə keçirilməsi planlaşdırılan layihələrdən söz açıb. O, həmçinin sivilizasiyalararası münasibətlərin vacibliyindən, fond və müxtəlif ölkələr arasında mədəni dəyərlərin təbliği məqsədilə əməkdaşlıq əlaqələrinin qurulduğundan bəhs edib.

 

Kristian Kamil Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilat ilə təmsil etdiyi ölkə arasında gələcək əməkdaşlıq üçün imkanların araşdırılacağını qeyd edib. Səfir İsveç ilə təşkilata üzv və müşahidəçi ölkələrin mədəniyyətləri arasında qarşılıqlı əlaqələrdən söz açaraq, bu münasibətlərin fondun vasitəsilə daha da genişlənəcəyini bildirib.

 

Görüşdə mədəni dəyərlərin təbliği məqsədilə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2020.- 9 dekabr.- S.3.