Azərbaycan-Macarıstan mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə

 

Dirijor Əyyub Quliyevə “Qızıl xaçordeni təqdim olunub

 

Macarıstanın Azərbaycandakı səfirliyində Akademik OperaBalet Teatrının baş dirijorumusiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevə Macarıstanın yüksək dövlət mükafatı – “Qızıl xaçordeninin təqdimat mərasimi keçirilib.

 

Mərasimdə Macarıstan səfiri Viktor Sederkenyi ölkə rəhbərliyi tərəfindən azərbaycanlı dirijora ünvanlanmış təbrik müraciətini oxuyaraq, son illərdə Əyyub Quliyevin müxtəlif macar musiqi kollektivləri və tanınmış solistləri ilə gerçəkləşən beynəlxalq layihələrdə uğurlu əməkdaşlığını qeyd edib.

 

Sonra iki ölkə arasında mədəni əlaqələrin inkişafı və genişlənməsi sahəsində xüsusi xidmətlərinə görə Macarıstan Prezidenti Yanoş Aderin adından “Qızıl xaçordenixüsusi diplom azərbaycanlı dirijora təqdim olunub.

 

Əyyub Quliyev Azərbaycan mədəniyyətinə və dirijorluq sənətinə verilmiş bu yüksək qiymətə görə Macarıstan Prezidenti Yanoş Aderə, bu ölkənin Baş naziri Viktor Orbana və səfirə təşəkkürünü bildirib. O, Macarıstanın simfonikkamera orkestrləri, görkəmli ifaçıları ilə Nyu-YorkdaKarnegi Hallda, Sankt-Peterburqun Mariinski Teatrında birgə konsertləri, Budapeştdə “Klassz a Parton” festivalında iştirakı, həmçinin 2019-cu ildə Akademik OperaBalet Teatrının simfonik orkestri və tanınmış macar pianoçusu Tamaş Erdi ilə bərabər gerçəkləşmiş xeyriyyə konserti barədə xatirələrini bölüşüb.

 

Təqdimatdan sonra Azərbaycanın tanınmış sənətkarları təbriklərə qoşularaq öz çıxışları ilə mərasimə rəng qatıblar.

 

Mədəniyyət.- 2020.- 16 dekabr.- S.6.