Görkəmli bəstəkarın yubileyi ilə bağlı videoçarx

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli onbirillik Musiqi məktəbi görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun anadan olmasının 90 illiyi ilə əlaqədar videoçarx hazırlayıb.

 

Musiqi məktəbinin “Facebook” səhifəsində yayımlanan videoçarxda bəstəkarın ömür yolu və yaradıcılıq fəaliyyəti haqqında məlumat verilir. Bildirilir ki, 1930-cu il dekabrın 8-də görkəmli tarzən, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açan Tofiq Bakıxanov ilk musiqi təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki Musiqi məktəbində (indiki Bülbül adına məktəb) skripka aləti üzrə alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas (ifaçılıq və bəstəkarlıq) üzrə təhsilini davam etdirib. Tələbəlik illərində Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışıb. Qeyd edilir ki, bəstəkarın yaradıcılığında kamera-instrumentalsimfonik janrlı əsərlər üstünlük təşkil edir. Videoçarxda T.Bakıxanovun musiqi əsərləri haqqında da məlumat verilir.

 

Mədəniyyət.- 2020.- 16 dekabr.- S.6.