Uşaq və gənclər arasında yaradıcılıq müsabiqəsi davam edir

 

 

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Əziz Şuşa, sən azadsan!...” adlı beynəlxalq yaradıcılıq müsabiqəsi davam edir.

 

Müsabiqənin keçirilməsində əsas məqsəd torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə yeni bədii mətnlər yaratmaq, uşaqlarda və gənclərdə hərbi-vətənpərvərlik ruhunu daha da yüksəltmək, onlara milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hissləri aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqdır.

 

Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu (9-11 yaş, 12-14 yaş, 15-17 yaş) və 4 nominasiya (esse, şeir, mahnı, nitq) üzrə keçirilir. İştirakçılar bir nominasiya üzrə iştirak edə, təqdim edilən işləri Azərbaycan, rusingilis dillərində hazırlaya bilərlər.

 

Müsabiqə dekabrın 31-dək davam edəcək.

 

Əlavə məlumat üçün (012) 492-57-67 və (055) 902-38-56 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlamaq olar.

 

Mədəniyyət.- 2020.- 9 dekabr.- S.7.