“Vətən yaxşıdır”

 

 

Geyindiyi hərbi forma bu gün də hazır vəziyyətdə onu gözləyir. Amma Xudayar Yusifzadə daha o formanı geyinə bilməyəcək. Çünki o, 44 günlük Vətən müharibəsində adını şəhidlik zirvəsinə yazdıran qəhrəmanlardan biridir.

 

Onu sosial şəbəkələrdə  geniş yayılan “Vətən yaxşıdır” ifası ilə tanıdıq. Gülər üzü, Vətən sevgisixoş avazı ilə qəlblərə yol tapdı Xudayar Yusifzadə.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin xatirəsinə həsr olunmuş videoslayd hazırlanıb.

 

Videoslayd Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısı ilə başlayır.

 

Videoslaydı aşağıdakı linkdən baxmaq olar:

 

https://www.instagram.com/tv/CISS77WBTkI/?igshid=ozwpuirrcsmz

 

Mədəniyyət.- 2020.- 9 dekabr.- S.6.