Qarabağ Azərbaycandır!” adlı uşaq rəsm müsabiqəsi

 

 

Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” adlı onlayn beynəlxalq uşaq rəsm müsabiqəsi keçirilir. Müsabiqə dekabrın 29-dək davam edəcək.

 

Müsabiqəyə respublikamızda və xarici ölkələrdə yaşayan 6-17 yaşlı uşaq və gənclər dəvət olunur. Eyni zamanda, müəllimlər də müsabiqəyə qatıla bilərlər. Müsabiqə 3 yaş qrupu (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) üzrə keçirilir. Ümumtəhsil və internat məktəbləri, uşaq-gənclər inkişaf mərkəzləri və digər təhsil müəssisələri hər yaş qrupu üzrə müsabiqəyə bir rəsm işi təqdim edə bilərlər.

 

Rəsmlər maksimum A2 formatda olmalıdır, işlənmə texnikası (yağlı boya, akril, akvarel, quaş, rəngli karandaş, flomaster, pastel təbaşir, tuşs.) ilə bağı seçim sərbəstdir.

 

Rəsmlər elektron şəkildə müsabiqənin ugim-3@mk.edu.az e-mail ünvanına göndərilməlidir.

 

Hər yaş qrupu üzrə birQran-Primükafat və I, II, III yerlər üzrə mükafatlar nəzərdə tutulub.

 

Müsabiqə haqqında ətraflı məlumat Bakı şəhəri 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin “Facebook” və “İnstagram” səhifələrində təqdim olunur.

 

Mədəniyyət.- 2020.- 11 dekabr.- S.7.