Vladimir Putindən Polad Bülbüloğluna təbrik məktubu

 

 

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri, Azərbaycanın Xalq artisti, bəstəkar Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.

“75 yaşınız münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Uzun illərdir ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, səmərəli əməkdaşlığın inkişafına çox mühüm töhfələr verirsiniz. Əlbəttə ki, bir bəstəkar, musiqiçi və sənətkar kimi parlaq istedadınız Rusiyada yüksək qiymətləndirilir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram”, - deyə təbrikdə qeyd olunur.

 

Mədəniyyət.- 2020.- 5 fevral.- S.2.