Teatr muzeyində tədbir

 

 

Gənclər Günü münasibətilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində də tədbir keçirilib.

Muzeyin əməkdaşı Ü.Hacıyeva bu günün əhəmiyyətindən söz açıb.

Tədbirə dəvət olunmuş gənclər öz istedadlarını nümayiş etdiriblər. Aydın Rəhimovun qumla yaratdığı rəsmlər, gitaraçı Həzrət Məmmədrzayevin ifasında musiqi nömrələri, gənc boyakar Mənsumə Ələkbərovanın rəsm əsərləri maraqla qarşılanıb.

Sonra fəal gənclər qazandıqları uğurlardan söhbət açıb, fəaliyyətlərinə həsr olunmuş slaydlar nümayiş etdiriblər. “Azəri Qafqaz” rəqs qrupunun çıxışları da alqışlarla qarşılanıb.

Tədbirdə müxtəlif sahələrdə çalışan və təhsil alan gənclər, muzey əməkdaşları, media nümayəndələri iştirak ediblər.

 

Mədəniyyət.- 2020.- 5 fevral.- S.3.