Nitq mədəniyyəti: natiqlikmövzusunda açıq dərs

 

 

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi regionlarda təlimləri keçirir. Mərkəzdən bildirilib ki, ötən müddətdə keçirilən müxtəlif mövzulu təlimlərdə 15 rayondan 200-dən çox dinləyici iştirak edib.

Kadrların peşə inkişafını təmin etmək məqsədilə MEMİM-in əməkdaşları olan təlimçi-kuratorların iştirakı ilə 3 fevral tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ilk simulyasiya açıq dərsi keçirilib.

Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək diqqətə çatdırıb ki, açıq dərslər eksperimental metodika əsasında həyata keçiriləcək. Simulyasiya real həyatdakı bir çox problemlərin aradan qaldırılması üçün həll metodudur. Təlim prosesi dinləyici auditoriyası olmadan müasir təlim metodlarının və tədrisə kreativ yanaşmanın tətbiqi ilə bağlı metodiki köməkliyin göstərilməsindən, təlimçilər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Nitq mədəniyyəti: natiqlikmövzusunda ilk dərsi mərkəzin şöbə müdiri Nəzakət Rəhmanova təqdim edib. Dərs zamanı qədim və müasir dövrlərin nitq mədəniyyətindən söz açılıb. Mərkəzin direktor müavini Ramazan Şabanov, əməkdaşlar Sənan Talıbov, Nurəddin Babazadə, Ceyhun Əhmədov və Hikmət Nəbili mövzu ilə bağlı fikirlərini bildiriblər.

Qeyd edək ki, açıq dərslər rəhbərlik tərəfindən təsdiq edilmiş qaydalaramüvafiq cədvələ əsasən həftədə 3 dəfə olmaqla mart ayının 18-dək davam edəcək.

 

Mədəniyyət.-2020.- 7 fevral.- S.4.