Şəkidə bədii tikmə ustasının sərgisi

 

 

Şəki Dövlət Rəsm Qalereyasında şəhərdəki 2 nömrəli Musiqi məktəbinin müəllimi, gənc bədii tikmə ustası Türkan Əhmədovanın əl işlərindən ibarət sərgi açılıb.

Gənclər Günü münasibətilə Şəki Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil edilən sərginin açılışında qalereyanın direktoru İlahə Məmmədova çıxış edərək, Türkan Əhmədovanın yaradıcılığı barədə danışıb, qazandığı uğurlardan söz açıb.

Sərgidə nümayiş etdirilən “Buta”, “Muğam dünyası”, “Nar ağacı”, “Səməni” və digər bədii tikmə nümunələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sərgi fevralın 10-dək davam edəcək.

 

Mədəniyyət.-2020.- 7 fevral.- S.5.