5-ci Buktreyler Festivalına start verilib

 

 

 

2016-cı ildən Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan ənənəvi Buktreyler Festivalı bu il 5-ci dəfə təşkil olunacaq. Ölkəmizdə kitaba mütaliəyə marağın təşviqi, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədi daşıyan festival hər il 23 aprelDünya Kitab Müəllif Hüquqları Günü ərəfəsində keçirilir.

Festivalın təsisçisi, kinoaktyor, prodüser Ruslan Sabirli bildirib ki, bu il 2 fevralGənclər Günündə start götürən festival öz ətrafında istedadlı gəncləri toplamaqla bir yaradıcı gənclər hərəkatına çevrilib festivala müraciət edənlərin, qəbul edilən buktreylerlərin sayı ildən-ilə artmaqdadır. 23 apreldə yekun vurulacaq festivalın qalibləri bu il tanınmış sənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Buktreylerkitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq tanınan anlarını özündə əks etdirən videoçarx ya treylerdir. Festivalın məqsədləri kitab mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı dəstəklənməsi, kino sahəsində istedadlı yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi s.) üzə çıxarılması, buktreylerlərin incəsənət biznesdə bir istiqamət kimi inkişaf etdirilməsidir.

Festivalın təşkilati dəstəkçiləri Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, əsas tərəfdaşıAzercellşirkətidir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:

Instagram: https://www.instagram.com/BooktrailerFest

Facebook: https://www.facebook.com/BooktrailerFest

Həmçinin e-mail vasitəsilə müraciət etmək mümkündür: festival2020@booktrailer.az

 

Mədəniyyət.- 2020.- 7 fevral.- S.8.