Sumqayıtda Ağaxan Abdullayevin xatirəsi anılıb

 

 

 

Sumqayıt şəhər Nizami Gəncəvi adına kitabxana-klubda Xalq artisti Ağaxan Abdullayevin 70 illiyi qeyd edilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil olunan “Səs üstündə köklənmiş ömür” adlı tədbirdə kitabxananın əməkdaşı Ülviyyə İsayeva ustad xanəndənin həyat və yaradıcılığından danışıb.

Sonra Sumqayıt Musiqi Kolleci müəllimlərinin ifasında Ağaxan Abdullayevin repertuarından muğam parçaları dinlənilib, sənətkarın yaradıcılığından bəhs edən videoçarx nümayiş edilib.

 

Mədəniyyət.- 2020.- 7 fevral.- S.6.