Yeni nəşrlər kitabxanalaramusiqi məktəblərinə paylanılacaq

 

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Səməd Mənsurun “Şeirlər. Felyetonlar. Pyeslər” kitabı işıq üzü görüb.

“Şərq-Qərb” nəşriyyatında çap edilən kitaba şairin müxtəlif illərdə qələmə aldığı, sağlığında dövri mətbuat orqanlarında çap olunmuş şeirləri, felyetonları və pyesləri ilə bərabər, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan və müəllifin çap edilmiş kitablarına düşməyən əsərləri də daxil edilib.

Rus dilində “Azərbaycan incəsənəti” (“Èñêóññòâî Àçåðáàéäæàíà”) kitabının 2-ci cildi Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bərpanəşr” layihəsi çərçivəsində çap olunub. Orta əsrlərdə Azərbaycanda yaradılmış görkəmli memarlıq abidələri, musiqi mədəniyyətimizin tarixi və incəsənətimizin zəngin nümunələrindən bəhs edən kitabRenessans-A” nəşriyyatında işıq üzü görüb.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan daha bir kitab “Azərbaycan violonçel məktəbi inciləri” adlanır. Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, böyük bəstəkar Qara Qarayevin anadan olmasının 100 və tanınmış violonçel ifaçısı Sabir Əliyevin 90 illik yubileylərinə həsr olunub. İki cilddən ibarət məcmuənin 1-ci cildi ən nüfuzlu müsabiqələrdə ifa olunan, geniş yaradıcı palitranı özündə əks etdirən əsərlər toplusudur. “Renessans-A” nəşriyyatında çap edilib.

Yeni nəşrlər Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalaramusiqi məktəblərinə paylanılacaq.

 

Mədəniyyət.- 2020.- 7 fevral.- S.7.