İlaxır çərşənbələrin ilki 25 fevraldadır

 

 

 

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-də daxil olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayacaq.

Fevralın 25-i İlaxır çərşənbələrin ilkiSu çərşənbəsidir. Martın 3-ü Od, martın 10-u Yel, martın 17-si Torpaq (İlaxır) çərşənbələri qeyd olunacaq.

 

Mədəniyyət.- 2020.- 12 fevral.- S.2.