“Mübarizlər yolu

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xocəsən qəsəbə klubunun təşkilatçılığı ilə 103 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım gününə həsr olunmuş “Mübarizlər yolu” adlı tədbir keçirilib.

Tədbirdə Milli Qəhrəman haqqında videoçarx nümayiş olunub, məktəblilər onun həyatını və qəhrəmanlığını tərənnüm edən şeirlər söyləyib, mahnılar oxuyublar.

Mübariz İbrahimova aid foto və rəsm sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda Mübariz İbrahimovun adını daşıyan məktəbin şagirdləri Milli Qəhrəmanın məzarını ziyarət ediblər.

 

Mədəniyyət.- 2020.- 12 fevral.- S.4.