Bax yaradıcılığına həsr edilmiş tədbir

 

 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində dahi alman bəstəkarı İ.S.Baxın yaradıcılığına həsr edilmiş konsert-məruzə keçirilib.

Fortepiano şöbəsinin müəllimi Nuray Bayramova bəstəkarın həyat və yaradıcılığını təhlil edərək maraqlı məlumatları diqqətə çatdırıb.

Fortepiano şöbəsinin şagirdləri bəstəkarın əsərlərindən nümunələr ifa ediblər.

Fortepiano şöbəsinin müdiri Mənsurə Quliyevanın rəhbərliyi ilə hazırlanan tədbirdə müəllimlər Cəmilə Mustafina, Vəfa Əhmədova, Dilarə Manafova, İnna Mehdiyeva, Bəhriyyə Allahverdiyeva,  Məsumə Kərimova, Sevil Musayeva, Tatyana Ryabuxa, Fəridə Sultanovanın şagirdlərinin ifası maraqla qarşılanıb. Sonda məktəbin direktoru Əziz Qarayusifli çıxış edərək kamil ifaçı olmaq üçün Bax musiqisinin vacibliyindən, ecazkarlığından söz açıb.

 

Mədəniyyət.- 2020.- 12 fevral.- S.5.