Humboldt Universitetində Azərbaycan tarixinə dair kollokvium

 

 

Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrası hər həftə ölkəmizlə bağlı elmi kollokviumlar keçirir. Bu tədbirlərə Almaniya digər Avropa ölkələrindən olan azərbaycanşünaslarla bərabər, Azərbaycandan da mütəxəssislər dəvət edilir.

Kollokviumun budəfəki yığıncağında məruzəçi qismində Bakı Dövlət Universitetinin professoru Lalə Əliyeva çıxış edib. AliminMüstəmləkə dövründə müstəqillik dövründə Azərbaycanda tarixi yaddaş tarixin yazılmasıadlı məruzəsi maraqla qarşılanıb.

Professor Lalə Əliyeva məruzədə Azərbaycan tarixşünaslığının XIX əsrdən bu günə qədər əldə etdiyi əsas nailiyyətləri dinləyicilərin nəzərinə çatdırıb. O, ölkəmizin xalqımızın ən qədim tarixi etnogenezi ilə bağlı mövcud olan müxtəlif nəzəriyyə elmi ehtimallara da xüsusi yer ayıraraq bunların hər birini təhlilə cəlb edib, eyni zamanda tarix elmimizin inkişafında xidməti olan görkəmli alimlərimizin tədqiqatçılıq uğurlarını qeyd edib.

Sonda məruzəçinin irəli sürdüyü tezislər əsaslandığı tarixi fakt materialı ətrafında maraqlı diskussiyalar aparılıb.

Humboldt Universiteti Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux Bakıdan gələn qonağa dərin məzmunlu əhatəli məruzəsinə görə bütün dinləyicilər adından təşəkkürünü bildirib.

Qeyd edək ki, Lalə Əliyeva iki həftə ərzində Humboldt Universitetinin tələbə və doktorantları üçün Azərbaycan tarixi üzrə mühazirələr oxuyacaqseminarlar keçəcək.

 

Mədəniyyət.- 2020.- 12 fevral.- S.6.