Natiqritm qrupuZərb şou”da

 

 

Xalq artisti, nağara ifaçısı Natiq Şirinovun rəhbərlik etdiyiNatiqritm qrupu Daşkənddə keçirilənZərb şoukonsertində iştirak edib.

Konsert Özbəkistanda tanınan doyra (nağara) ustası, Əməkdar artist Abbas Qasımovun yaradıcılığına həsr olunub.

Abbas Qasımov onun dostlarıadlı gecədə sənətçinin müxtəlif ölkələrdə keçirilən musiqi festivallarında iştirakından, qazandığı uğurlardan söz açılıb.

Konsert proqramında Abbas Qasımov ayrılıqda Natiq Şirinovla birgə nağarada yaddaqalan musiqi nömrələri ifa edib. Natiqritm qrupunun ifasını isə tamaşaçılar ayaq üstə alqışlarla qarşılayıblar.

Sonda Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov Natiq Şirinova özbək milli geyimiçapan hədiyyə edib.

 

Mədəniyyət.- 2020.- 12 fevral.- S.8.