Dejavü” – “çoxdan görülmüş”ə dönmək

 

 

 

Həmin gün yolboyu mənimlə addımlayan adamların hamısını 25 nəfərlik kiçik zala sığdırmaq, məkanın qarşısında uzun bir növbə yaratmaq, eyni tamaşanı  neçənci dəfə görmək istəyən izdihamı görmək arzusu ilə irəliləyirdim. Amma bu ağlasığmaz bir arzu... Və yan-yörəmdən burulub keçənlərin çoxu ətrafda sıralanan ticarət və əyləncə məkanlarına doğru yol aldıqca, bunun elə irreal arzu olaraq qalacağını bir daha yəqin edirsən...

Deyəsən, mən də dejavü yaşayıram, ya da arzulayıram. Ki, keçmiş “Şəfəq” kinoteatrında məkan salan mimlərin evində mənim görəcəklərimi onlar da görsün. Nə isə... Giley-güzar dolu düşüncəmi küləyə təslim edib zala keçdim. Səhnədə yenə “Dejavü” vardı. Pantomima teatrının cari repertuarındakı ən yaşlı tamaşa.

Tamaşanın müəllifləri teatrın aktyorları Səbinə Hacıyeva və Bəhruz Vaqifoğludur. Onların birgə hazırlayıb oynadıqları tamaşa əbədi və bəşəri mövzudan – qadın-kişi münasibətindən bəhs edir. Burada sevgi, ehtiras, xəyanət, iztirab, həsrət, vüsal kimi hər yaşantı var. Təbii ki, dejavü...

2008-ci ildə səhnəyə çıxandan teatrın ən baxımlı nümunələrindən olub. Səbəbi isə çox sadədir: insan yaşadığını zənn etdiyi, dilinin ucundakı söz kimi yaddaşının bir küncündə gizlədiyi, zamanla qorxusuna, əzabına və ən sonda dejavüsünə çevirdiyi hissin mim və hərəkətlə dillənməsinə maraqlıdır. Bu həm də sözün aciz olduğu, bir az da etiraf etməkdən qorxduğumuz, daha doğrusu, utandığımız nəsnələrin hərəkətlərdə bizi satmasına təzimimizdir. Hər halda, biz insan olaraq bütün hisslərimizi ifadədə iki qütbə ayırırıq və bu amansız dövrədə yeganə hava boşluğu hərəkətlərimiz – hisslərimizin bədən dilimizdə dedikləridir...

Yarıqaranlıq səhnədə qabaq-qənşər iki oturacaq qoyulub. İncə dekolteli qadın (Səbinə) oturduğu yerdəcə yuxuya dalıb. Görünüşündən kimisə gözləyə-gözləyə yuxuladığı hiss olunur. Fransız müğənnisi Edit Piafın ruhumuzu rəqs etdirən “La Vie En Rosesinin sədaları altında hərəkətsiz qadın bədəninin dilə gələcəyi anı gözləyirik.

Budur, gözlənilən adam (Bəhruz) gəlir. Klassik ədasındadır: arzu olunmağın məmnunluğunda səhnəyə daxil olur. Yatmış qadını sevgi ilə süzür və çiynindəki paltonu qadının çiyninə salır. Barmaqlarının ucunda gəzişərək gözləyir. Qadın ayılır. Sevgi ilə baxışır, rəqs edir, şərab içirlər. Növbəti səhnə işıqlanmasında xoşbəxtliklərini oyun, zarafatlaşma, səadətin bəhanə gülüşləri ilə göstərirlər. Musiqi (Elman Rəfiyev) də bu sevginin, səadətin ruhunu möhtəşəm çalarlarda izah edə bilir.

Tamaşanın temporitmi bu musiqionu qüvvətləndirən işıqların köməyi ilə öz ruhunu saxlayır. Bu şənlik, səadət təsvirində bir təsadüf hər şeyi alt-üst edir. Kişinin cibindən düşən məktub, xəyanət parçası bu eşqiparçalaya bilir. Tüği-lənət olub qadın ilə kişinin arasına girən bəşəri həqiqət – xəyanət.

Qadın aşiqinin cibindən tapdığı məktub parçasının haqq-hesabını çürütdü. Əsdi, coşdu, susdu, küsdü, ağladı, güldübitirdi. Qadın kimi özünü, hisslərini, arzularını, keçmişinionu buxovlayan rahat həyatını. Əl-ayağını didə-didə günahkar aşiqinə qapını, sonsuzluğu, zülməti, dönməzliyi göstərdi.

Səbinənin ifasında xəyanətə uğramış pərişan qadın təpədən-dırnağa əzab içində qovurulur. Qüruruna, hikkəsinə, hətta intiqamına da təslim olur. Təki yumşalmasın, bağışlamasın, zəifliyini, əslində, sevgisini bağışlamaq qüdrətini göstərməsin.

Onun əzabları tamaşaçıya xoş gəldikcə aşiqinin peşmanlığı, lütf, bağışlanmaq arzuları da dərinləşir. Sanki hamının bir ağızdan “bağışla, son şans ver” deməsini duymaq üçün tamaşaçıya, sonsuzluğa, əzablara, məktubdakı anlardan başqa hər şeyə qayıtmağa hazırdır. O həm də peşmandır. Amma etiraf gücündə də deyil. Ya da bunu ehtiyatı kimi sona saxlayıb. Lap suya sonuncu dalışını edən üzgüçü kimi. Hər halda boğulmamaq, batmamaq üçün bütün fəndlərini edirsonda suların ən dərinliyinə dalır: qadınının həyatından, içindən qovulur.

İşıqlar sönür, ümidlər qırılır, musiqi kəsilir. Arzuolunmaz sona üsyan bayrağı qaldırmağa hazırlaşan tamaşaçı yenidən əvvəlki səhnəni – oturacaqda yuxulayan aşiqionu oyatmağa tələsməyən məşuqunu görür. Qadın oyanır və məhəbbətlə sevgilisinə boylanır. Sonra da hövlnak çiyninə atılan paltonun ciblərini axtarır. Yox, bu dəfə məktubu tapmır. Bayaqdan gördükləri(miz) yuxu imiş. Qadın dejavüsünə gülür. Biz isə onların möhtəşəm “Dejavüsünü alqışlayırıq...

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2020.- 12 fevral.- S.6.