Görkəmli kinoşünas Aydın Kazımzadənin 80 illiyi qeyd ediləcək

 

 

 

Fevralın 18-də Azərbaycan Dövlət Film Fondunda görkəmli kinoşünas, kino tarixçisi, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşacaq. Yubiley tədbirində Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və tarixinin öyrənilməsində müstəsna xidmətlərindən danışılacaq.

 

Mədəniyyət.- 2020.- 14 fevral.- S.2.