Respublika Uşaq Kitabxanasına ekskursiya

 

Fevralın 13-də Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər.

Məktəblilər müəssisənin bütün şöbələrində olub, kitabların oxuculara verilməsi qaydası ilə tanış olublar. Uşaqlara elektron kitabxana, gözdən əlillər üçün Brayl əlifbası ilə çap olunmuş səsli kitablar barədə də məlumat verilib.

Sonra uşaqlar nağıl otağında Azərbaycan nağıllarını dinləyiblər. Məktəblilər kitabxanadan xoş təəssüratla ayrılıb.

 

Mədəniyyət.- 2020.- 14 fevral.- S.2.