Banu” rəqs kollektivi Türkiyədə festivalda iştirak edib

 

 

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına Uşaq incəsənət məktəbinin “Banu” rəqs kollektivi Türkiyədə keçirilən tədbirdə uğurla iştirak edib.

Festival Qəhrəmanmaraş şəhərində Türkiyənin Qurtuluş savaşı – milli mücadiləsinin 100 illiyi münasibətilə keçirilib.

Festival çərçivəsində “Banu” rəqs kollektivinin maraqlı rəqs nümunələri qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.

 

Mədəniyyət.- 2020.- 14 fevral.- S..