Firəngiz Əlizadə Təhsil Nazirliyinin medalına layiq görülüb

 

 

 

Azərbaycan Bəstəkarlar İttifaqında təhsil nazirinin müavini Firudin Qurbanov görüş keçirib.

Görüşdə nazir müavini ötən il dövlətimizin başçısının müvafiq sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd olunmasından söz açıb. Bildirilib ki, bu münasibətlə Təhsil naziri Ceyhun Bayramovun əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi” medalının təsis edilib. Medal BDU-nun fəaliyyətində rolu olmuş Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinə təqdim edilir.

Nazir müavini Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 30 illik pedaqoji fəaliyyətinə, həmçinin dünyanın mötəbər konservatoriyalarında keçirdiyi ustad dərslərinə görə “Bakı Dövlət Universitetinin 100 illiyi” medalına layiq görüldüyünü bildirib və medalı ona təqdim edib.

Firəngiz Əlizadə təltifə və diqqətə görə Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2020.- 14 fevral.- S.3.