Buktreyler festivalına qeydiyyat aprelin 1-də bitəcək

 

 

 

Xəbər verdiyimiz kimi, bu il Mədəniyyət Nazirliyinin dəstəyi ilə V Buktreyler Festivalı keçiriləcək.

Kinoaktyor, prodüser Ruslan Sabirlinin təşəbbüsü ilə 2016-cı ildən təşkil olunan festivalın məqsədi kitab mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı dəstəklənməsi, kino sahəsində istedadlı yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi s.) üzə çıxarılması, buktreylerlərin incəsənət biznesdə bir istiqamət kimi inkişafıdır.

Yaşından asılı olmayaraq hər bir kəs öz sevdiyi azərbaycanlı yazar ya sadəcə Azərbaycan ədəbiyyatına buktreyler çəkib onu festivalın internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə bu yarışmada iştirak edə bilər. Ötən il dördüncü festivalda elan edilənƏn yaxşı mobil buktreylernominasiyası bu il öz qüvvəsində qalır. Hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkməklə bu nominasiya üzrə festivala qatıla bilər.

Buktreylerlərin son qeydiyyat tarixi aprelin 1-dir.

Ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür.

 

Mədəniyyət.- 2020.- 14 fevral.- S.4.