Aprel şəhidinin xatirəsi yad edilib

 

2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin anadan olmasının 26-cı ildönümü ilə bağlı fevralın 17-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində xatirə tədbiri keçirilib.

Tədbirdən öncə Nərimanov rayon gənclərinin şəhid Mahir Mirzəyevin qohumlarının iştirakı ilə şəhidin məzarı ziyarət edilib.

Tədbirdə şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, qohumları, şəhid ailələri iştirak ediblər.

Şəhid anası Kifayət Babaşova, şəhid oğlu Cəsarət Aslanov, şəhid ataları Seyfəddin Qurbanov Şakir Niftalıyev, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov, gənc yazar Manya Səxavətqızı çıxış edərək Aprel döyüşlərində zabit əsgərlərimizin göstərdikləri böyük hünər igidlikdən söhbət açıblar.

Şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev tədbir təşkilatçılarına təşəkkürünü bildirərək oğlu haqqında danışıb. Vurğulanıb ki, Mahir Mirzəyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı iləHərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Sonra musiqi nömrələri ifa edilib. Mərkəzi İncəsənət Məktəbinin xor kollektivinin (xormeysterƏməkdar müəllim Zenfira Nurullayeva) ifasında səslənən, musiqisi Oqtay Kazımiyə aid olanSalamat qal, ana!” mahnısı tədbiri daha da təsirli edib.

Sonda şəhid Mahir Mirzəyevin xatirəsinə ithaf olaraq Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilmiş basketbol üzrə turnirin qalibləri mükafatlandırılıb.

 

Mədəniyyət.- 2020.- 19 fevral.- S.4.