Məşhur nəslin bioqrafiyası araşdırılıb

 

 

Tədqiqatçı-jurnalist, publisistnaşir Vasif Quliyevin Azərbaycanın görkəmli sülalələrindən olan Mehmandarovlar barədə qələmə aldığı kitab müəllifin 40 ildən artıq bir dövrdə apardığı axtarışların məhsuludur. Müəllif bu mövzuda əldə etdiyi zəngin materiallar əsasında Qarabağ tarixinin ictimai-siyasi və etnik-mədəni irsinin parçası olan məşhur nəsil haqqında mükəmməl tarixçə yaratmağa nail olub.

Tədqiqatçı-jurnalistin uzun illər müxtəlif qaynaqlardan – ailə saxlanclarından, arxivlərdən, mətbuat səhifələrindən tapıb topladığı materiallar, sənədlər, xatirələr, tarixi şəkillər əsasında hazırladığı toplu Qarabağın və ümumilikdə Azərbaycanın son iki yüzillik tarixinin bir çox məqamlarını öyrənmək baxımından da maraq doğurur.

Mehmandarovların iki aparıcı qolundan ətraflı bəhs edən kitab sülalənin Şuşa tirəsinin Vəzirovlarla, Rüstəmbəyovlarla, sonralar isə Şirvan əsilzadələrindən olan Mahmudbəyovlarla, Lənkəran xəttinin isə Talışxanovlarla qohumluqları və bu ailələrin tanınmış nümayəndələri barədə bir sıra mühüm məlumatlar ilk dəfə geniş oxucu auditoriyasına çatdırılır.

 

Mədəniyyət.- 2020.- 19 fevral.- S.7.