“Borçalı aşıqları”

 

Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri olan Borçalı bölgəsinin sənətkarlarından bəhs edən “Borçalı aşıqları” kitabı nəşr olunub.

Kitabda XIX əsrin ortalarından bəri bu bölgədə yaşayıb-yaratmış aşıqlar haqqında xronoloji ardıcıllıqla bioqrafik məlumatlar və Borçalıda geniş yayılmış aşıq havaları, bu havaların özünəməxsusluğu haqqında qısa məlumat yer alıb.

Nəşrin müəllifləri Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və Borçalıda fəaliyyət göstərən folklorşünas alim Mahmud Kamaloğlu, redaktoru professor Mədəd Çobanov, rəyçilər Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı, professor Qəzənfər Paşayev, məsləhətçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimovdur.

 

Mədəniyyət.- 2020.- 19 fevral.- S.6.