“World harmony” müsabiqəsi davam edir

 

Fevralın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera orqan musiqisi zalında gənc ifaçıların “World harmony” III Beynəlxalq klassik folklor musiqi müsabiqəsinin ikinci turu keçirilib.

 

Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın bir sıra ölkələrin (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) ifaçıları iştirak edir.

 

Müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs instrumental ansambllar (klassik milli), vokal ansambllar (akademik milli), xor rəqs kollektivləri nominasiyaları üzrə təşkil edilib.

 

Üç turdan ibarət olan müsabiqəyə fevralın 24-də yekun vurulacaq. Bağlanış mərasimində qaliblər diplom hədiyyələrlə mükafatlandırılacaq.

 

Müsabiqə  HarmoniyaGürcü Folkloru Klassik Musiqisinin İnkişafı Birliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşır.

 

 

Mədəniyyət.- 2020.- 21 fevral.- S.2.