Musiqi qanadlarında dostluq

 

Abşeron rayon Xırdalan şəhər onbirillik Musiqi məktəbinin müəllim və şagird kollektivi Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Musiqi məktəbinin qonağı olub. Hər iki məktəbin kollektivlərinin iştirakı ilə keçirilən konsert tamaşaçıların zövqünü oxşayıb.

 

Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib, muğamlar ifa olunub, məktəb şagirdlərinin ifasında müxtəlif rəqslər nümayiş etdirilib.

 

Xırdalan Musiqi məktəbinin direktoru, Əməkdar müəllim İkram Manafov, Ağdaş şəhər Musiqi məktəbinin direktoru Rafiq İsgəndərov, eləcə də tədbirdə iştirak edən Göyçay rayon Arif Məmmədov adına Musiqi məktəbinin direktoru Rövşən ZamanovAğdaş rayon Ləki qəsəbə Musiqi məktəbinin direktoru Tərlan Pənahov çıxış edərək belə görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıblar. Konsertdə iştirak edən şagirdlərin gələcəkdə peşəkar musiqiçilər kimi yetişmələri arzu olunub.

 

 

Mədəniyyət.- 2020.- 21 fevral.- S.3.