Respublika Kitabxana Kollektorunun 100 yaşı tamam olur

Mövzuya dair ötən yazımızda (5 fevral, Yığılıb dağ kimi hər yanda kitab...) XX əsrdə kitabların oxuculara çatdırılması yollarından bəhs etmişdik. İndi isə kitabxanaları müxtəlif nəşrlərlə təmin edən Respublika Kitabxana Kollektorunun tarixinə fəaliyyətinə nəzər yetirəcəyik.

 

Başlıca vəzifəsi kitabın təbliği, reklamı, yayımı satışı olan Respublika Kitabxana Kollektoru Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən qurumlardandır. Müəssisə yarandığı gündən respublika kitabxanaları arasında kitabın yayımının təşkili işində müstəsna əhəmiyyətə malikdir.

 

Hələ Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə belə bir qurumun yaradılması haqqında təşəbbüs göstərilmişdi. Lakin Cümhuriyyətin süqutu ilə bu istiqamətdə işlər yarımçıq qaldı.

 

Azərbaycan SSR Xalq Maarif Nazirliyinin arxiv fondunda 19201921-ci illərə dair mühafizə edilən sənədlərə əsasən, Respublika Kitabxana Kollektoru 1920-ci il iyun ayının 1-də yaradılıb. İlk vaxtlarda qurum Xalq Maarif Komissarlığının nəzdində fəaliyyət göstərib əsas vəzifəsi müxtəlif mağazalardan, təşkilatlardan, şəxslərdən kitablar alıb kitabxanalar arasında bölüşdürmək idi. Kollektorun Azərbaycan, rus xarici dillər şöbəsi var idi. Kitabın təbliği yayımı sahəsində bir əsrlik yol qət edən Respublika Kitabxana Kollektoru bu gün kitabın oxuculara çatdırılması işində fəallıq göstərir.

 

***

 

Kitabxana Kollektorunun direktoru Ələddin Əsədovun sözlərinə görə, bu il yüz yaşını tamamlayan müəssisə Mədəniyyət Nazirliyinin sifarişi ilə nəşr olunmuş kitabları respublika kitabxanalarına hədiyyə şəklində çatdırılmasını təmin edir: Kollektorun fondunda tariximizlə, dövlətçiliyimizlə, elmin müxtəlif sahələri, iqtisadiyyat turizmlə bağlı kitabların sayı artmaqdadır. Oxucuların marağından çıxış edərək müxtəlif sahələrə aid ədəbiyyat nümunələri ilə kollektorun fondu daha da zənginləşir. Qurumumuz respublikadakı kitabxanaların kitablarla təmin olunması ilə yanaşı, həm müəlliflərlə oxucular arasında münasibətlərin qurulmasında da əhəmiyyətli işlər görür. Hər il müəlliflərdən minlərlə kitab satın alınaraq kitabxanalara paylanılır, nəticədə oxucular istədikləri kitabları kitabxanalardan əldə edib oxuya bilirlər. Beləcə, Kitabxana Kollektoru tərəfindən kitabları satın alınan müəlliflər həm dövlətdən maddi dəstək görmüş olurlar, həm əsərləri ölkənin əsas kitabxanalarına göndərilərək öz oxucularına qovuşur. Hər il ardıcıl şəkildə davam edən bu proses regionlardakı kitabxanaların yeni nəşrlərlə təmin olunması prosesini daha da dayanıqlı edir. Nəticədə kollektorun köməyi ilə ən son, gərəkli maraqlı nəşrləri ən ucqar kitabxanalardan da əldə etmək mümkün olur.

 

Direktor qeyd etdi ki, oxucuların tələbatını ödəmək üçün kollektorun bookcollector.az saytı yaradılıb Bizim kitab adlı ədəbi-biblioqrafik jurnalı nəşr olunur. Saytın müxtəlif bölmələrində oxucular onlara lazım olan məlumatları rahat şəkildə tapa bilərlər: Saytın yaradılmasında əsas məqsəd Mədəniyyət Nazirliyinin, eləcə Respublika Kitabxana Kollektorunun kitab nəşr siyasəti ilə oxucuları məlumatlandırmaq, ölkəmizdə kitabsevənlərin marağını təmin etmək, ən əsası dövlətin dövlətçiliyin inkişafına xidmət edən nəşrlərin müəlliflərin təbliğinə dəstək olmaqdır. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan kitablar, ümumilikdə kitab siyasəti ilə bağlı bütün yeniliklər barədə bu sayt vasitəsilə məlumat almaq olar. Saytın zəngin elektron kitabxana bölməsi də var.

 

Həmsöhbətimiz bildirdi ki, kollektorun fəaliyyətini, ümumilikdə ölkəmizdə kitab, nəşr işinin vəziyyətini, Mədəniyyət Nazirliyinin kitab sərgi-yarmarkalarındakı iştirakını və uğurlarını əks etdirən Bizim kitab jurnalı gənclərdə mütaliə vərdişləri aşılamaq, mədəniyyət, ədəbiyyat, musiqi sənəti və incəsənətimizin bütün sahələrinə uyğun nəşrlər barədə tematik, maraqlı, oxunaqlı yazılar təqdim edir: Jurnalın nəşrində başlıca məqsəd kitabı oxuculara sevdirməkdir. İnanırıq ki, bu jurnal fərqli dizaynı, bir-birindən maraqlı yazıları ilə oxucuların geniş marağına səbəb olacaq.

 

Kitabxana Kollektoru Mədəniyyət Nazirliyinin dəstəyi ilə bir sıra sərgi-yarmarkalarda iştirak edir. Qurum həmçinin kitabın təbliğatına xidmət edən Avtomatik kitab köşkü ilə oxucuların marağını cəlb edib. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində Açıq kitabxanada qurulan köşk vasitəsilə oxucular günün istənilən saatı kitab ala bilərlər. Ələddin Əsədov deyir ki, gələcəkdə paytaxtın bir sıra yerlərində bu cür kitab köşklərinin qoyulması planlaşdırılır.

 

Onu da öyrəndik ki, ötən il Respublika Kitabxana Kollektoru tərəfindən 40 940 nüsxə kitabın hədiyyə kimi kitabxanalara paylanması həyata keçirilib. Eyni zamanda kitabxana fondlarının daha da zənginləşdirilməsi məqsədilə nəşriyyat və müəlliflərdən 23 773 nüsxə kitab satın alınıb, aidiyyəti üzrə təqdim olunub.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 21 fevral.- S.1;5.