Gənc rəssamlar təltif olunub

 

Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri sənət qalereyasında 2019-cu il ərzində beynəlxalq uşaq rəsm və incəsənət müsabiqələrində qalib olmuş dərnək üzvlərinin təltif olunması mərasimi və “Qış möcüzəsi” adlı sərgi keçirilib.

 

Tədbirdə mərkəzin dərnək üzvlərinin Türkiyədə “Nəsimi ili” ilə bağlı uşaq rəsm sərgisində, RusiyadaDialoq”, habelə “Qazaxıstan dünya uşaqlarının gözü ilə” adlı beynəlxalq rəsm müsabiqələrində, Yaponiyada 20-ci “Kanaqava Biennalesi” beynəlxalq incəsənət sərgisində əldə etdikləri uğurlar haqqında məlumat verilib.

 

Təhsil Nazirliyinin nümayəndəsi Elnur Əliyev beynəlxalq müsabiqələrin qalibi olmuş dərnək üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Xalq rəssamı Arif Hüseynov uşaqların bədii zövqlərinin formalaşmasında bu cür müsabiqələrin xüsusi rolu olduğunu qeyd edib.

 

Təltifetmə mərasimindən sonra mərkəzin dərnək üzvlərinin “Qış möcüzəsi” adlı sərgisinə baxış keçirilib.

 

Mədəniyyət.- 2020.- 21 fevral.- S.4.