Ləzgi teatrında ingilis dilində tamaşa

 

Qusar Dövlət Ləzgi Dram Teatrı ingilis dilində tamaşa hazırlayır. Kollektiv yazıçı-dramaturq İsi MəlikzadəninHərənin öz ulduzuəsərini əcnəbi qonaqlara təqdim etmək niyyətindədir.

 

Səhnə əsərinə quruluş verən Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova bildirib ki, tamaşa Qusara gələn turistlər üçün nəzərdə tutulub.

 

Teatrda Cəfər CabbarlınınAydınpyesi əsasında tamaşanın məşqləri davam etdirilir. Tamaşanın quruluşçu rejissoru Bağır Əhmədovdur.

 

Teatrın direktoru Faiq Qardaşov bildirib ki, daha bir tamaşa 2020-ci ilin AzərbaycandaKönüllülər ilielan olunması ilə əlaqədar gənc könüllülərin iştirakı ilə hazırlanır. Nağıl-tamaşada əsas rollar könüllülərə həvalə olunacaq.

 

 

Mədəniyyət.- 2020.- 21 fevral.- S.4.