Mədəniyyət-yaradıcılıq mərkəzi

 

Bakı Dövlət Universitetində (BDU) Mədəniyyət-yaradıcılıq mərkəzi yaradılıb. Mərkəz tələbələrin sosial fəallığının artırılması, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunub.

 

Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli mərkəzə direktor təyin olunub.

 

Mərkəzin bazasında qızlardan və oğlanlardan ibarət instrumental və rəqs ansamblının, festivallara, müxtəlif tədbirlərə qatılmaq üçün tələbələrdən ibarət qrupların təşkili nəzərdə tutulur.

 

 

Mədəniyyət.- 2020.- 21 fevral.- S.4.