Mədəniyyət mərkəzində “Varlı ürək”

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Varlı ürək” tamaşası nümayiş olunub. Tamaşa yeni yaradılan “Xəzər ulduzları” uşaq və yeniyetmələrdən ibarət teatr studiyası tərəfindən hazırlanıb.

 

İki gəncin taleyindən bəhs edən tamaşanın mətn müəllifi və rejissoru Kamil Ağazadədir. Rolları “Xəzər ulduzları” studiyasının həvəskar aktyorları  Əsmər Zərbəliyeva, Məryəm Hüseynzadə, Həzrin Hüseynli, Duyğu Məmmədli, Ramin Səfərov, Mərdanə Xələfova canlandırıblar.

 

Mədəniyyət.- 2020.- 21 fevral.- S.7.