Heydər Əliyev Sarayında “Muğam dünyamıza səyahət”

 

Fevralın 18-də Heydər Əliyev Sarayında “Muğam dünyamıza səyahət” adlı konsert keçirilib.

 

Konsertdə Xalq artisti Gülyanaq Məmmədova və tələbələri – Nuranə Tanrıverdiyeva, Rəvanə Vəliyeva, Suma Tapdıqova, Rüstəm Rüstəmzadə, Teymur Əziz, Murad Hacıyev, Həmzə Həsənov, Məlahət Mahmudova, İbrahim Həsənov, Çinarə, Əməkdar müəllim Qəzənfər Abbasov və tələbələri – Zülfüqar Mahmudov (Naxçıvan MR-in Əməkdar artisti), Səbinə Ərəbli, Nasir Ətapur, Nüşabə Kərimova, Asim Abbasov, Əlisəfa Qasımov, Ülviyyə Məmmədzadə, Fərid Əliyev,  Murad Kəngərli, Murad Rüstəmzadə (Muğam müsabiqəsinin laureat və diplomantları), həmçinin Əməkdar artist Nuriyyə Hüseynova və tələbələri – Nurlana Kərimova, Fidan Rəhimova, Sevinc Abdinova, Gülgün Cüməzadə, Nurlan Nəsibli, Vəsilə Quliyeva, Telli Əbilova, Aslan Abdullayev, Murad Muradov, İbrahim Həsənov, Nurlan Salahov iştirak ediblər.

 

Muğam və təsniflərimizdən ibarət proqram sənətsevərlər tərəfindən maraqla qarşılanıb.

 

 

Mədəniyyət.- 2020.- 21 fevral.- S.8.