Heydər Əliyev Sarayında anım tədbiri

 

 

Xocalı soyqırımının qurbanları Heydər Əliyev Sarayında keçirilən mərasimdə də yad olunub. Öncə soyqırımından bəhs edən kitablar və fotostendə baxış keçirilib.

 

Sonra Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd edib və Xocalıda törədilən qırğın haqqında danışıb. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından bəhs edən direktor Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il dünyanın bir çox ölkələrində silsilə tədbirlərin keçirildiyini deyib.

 

Digər çıxış edənlər Xocalı faciəsinin qan yaddaşımızın heç vaxt unudulmayacaq səhifəsi olduğunu vurğulayıblar.

 

Tədbirin sonunda Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib.

 

Mədəniyyət.- 2020.- 26 fevral.- S.3.