Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi”

 

Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi” çərçivəsində anım tədbiri keçirilib.

 

Akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev çıxış edərək bildirib ki, 28 il öncə Xocalıda baş vermiş soyqırımı dünyada insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri kimi tarixə düşübheç zaman unudulmayacaq. Rektor akademiyada “Xocalı həftəsi” çərçivəsində keçirilmiş tədbirləri yüksək qiymətləndirib, bu tədbirlərin gələcək nəsillərin vətənpərvərlik ruhunda böyüyüb, tərbiyə olunmasına töhfə olduğunu deyib.

 

Digər çıxış edənlər Xocalı soyqırımının, Qarabağ həqiqətlərinin dünyada yayılmasından, bu mövzuda maarifləndirmə və təbliğat işlərindən danışıblar.

 

Tədbirin bədii hissəsində İncəsənət fakültəsinin tələbələri çıxış ediblər. Xalq artisti Təranə Muradovanın rəhbəri olduğu III kurs tələbələri Ruslan Hacıyev, Rifan Qəhrəmanov və Surac Qurbanovun quruluş verdiyi “Qayıdış” bədii-xoreoqrafik kompozisiyası nümayiş olunub. Bakalavrmagistr tələbələri rəqsin dili ilə Xocalı soyqırımını “canlandırıblar”. Xocalı faciəsini əks etdirən xoreoqrafik kompozisiya böyük maraq və təqdirlə qarşılanıb.

 

Mədəniyyət.- 2020.- 26 fevral.- S.3.