Həzi Aslanov haqqında bədii-xoreoqrafik kompozisiya

 

Görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli sərəncamına uyğun olaraq Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsində tədbirlər təşkil edilib.

 

Şagirdlərdə tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması məqsədilə “Ordu əfsanəsi Həzi Aslanovmövzusunda IX-XI sinif şagirdlərinin iştirakı ilə toplantı-diskussiya, “Sevimli qəhrəmanım” mövzusunda V-XI  siniflərdə inşa, esse, ifadə yazı işləri və şagirdlərdə hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə X-XI siniflər arasında hərbi idman oyunları keçirilib.

 

Tədbirlərə II Dünya müharibəsində qazanılan qələbədə xalqımızın rolunun təbliği məqsədilə VI-VII sinif şagirdlərinin iştirakı ilə hazırlanmış “Həzi Aslanov xatirələr işığında” mövzusunda ədəbi-bədii kompozisiya ilə yekun vurulub. Kompozisiyada Həzi Aslanovun həyat yolu və qəhrəmanlığı şeir, foto-video görüntülər və rəqslə canlandırılıb. İfa olunanDurnalar” və “Göy yaylıq” rəqslərinin xoreoqrafiyasında qəhrəman haqqında xatirələr öz əksini tapıb.

 

 

Mədəniyyət.- 2020.- 28 fevral.- S.6.