Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində

 

 

Xalq şairi Bəxtiyar Vahabzadənin şeirləri ilk dəfə Koreya Respublikasında nəşr olunub. Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü, Koreyanın Donqduk Qızlar Universiteti, Avrasiya Türk Araşdırmaları İnstitutu, KYOVO Deasan Fondu ilə əməkdaşlıq çərçivəsində nəşr olunan kitabı orijinaldan koreyalı türkoloq, UNESCO-nun Orta Asiya ölkələri üzrə məsləhətçisi, professor Eunkyung Oh tərcümə edib.

 

Kitaba Bəxtiyar Vahabzadənin “Gülüstan”, “İstiqlal”, “Atılmışlar”, “Şəhidlər” poemaları, müxtəlif illərdə qələmə aldığı şeirlərdən seçmələr daxil edilib, həmçinin şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

 

Şeirlər toplusunaGülüstan” poeması adının verilməsi təsadüfi deyildir. Bu ad dolayısı ilə Azərbaycanla Koreyanın ortaq tarix yaşamasını səciyyələndirən amil kimi mənalanır.

 

 

Mədəniyyət.- 2020.- 28 fevral.- S.8.