Bir ocaq başında”

 

 

Aran ədəbi toplusu işıq üzü görüb

 

Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə “Bir ocaq başında. Aran ədəbi toplusu” adlı kitab işıq üzü görüb.

 

Topluda Yazıçılar Birliyinin Aran bölməsinin əhatə etdiyi İmişli, Saatlı, Biləsuvar və Sabirabad rayonlarında yazıb-yaradan şair və yazıçıların – Səyyad Aran, Qəşəm Nəcəfzadə, Sərvaz Hüseynoğlu, Nisəbəyim, Dayandur Sevgin, Şəhriyar Del Gerani, Səxavət Tağlar, Valeh Bahaduroğlu, Allahşükür Ağa, Şöhrət Qaraoğlu, Səxavət Talıblı və Nübarın əsərlərindən ibarət seçmələr yer alıb.

 

Mədəniyyət.- 2020.- 30 iyul.- S.6.