Uşaq rəsm müsabiqəsi davam edir

 

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində elan edilən “Mənim yay tətilim – 2020” Respublika uşaq rəsm müsabiqəsi davam edir.

 

Ənənəvi müsabiqə rəssamlıq istedadı olan məktəblilərin yay istirahətlərinin səmərəli keçməsi və tətil zamanı diqqəti çəkən hadisələri tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

 

Müsabiqəyə qeydiyyat oktyabrın 15-dək aparılacaq. Qeydiyyat üçün www.xsm.az saytında “Mənim yay tətilim-2020” bölümünə və ya http://xsm.az/site/menimyaytetilim2020/ linkinə daxil olub 1 və ya 2 rəsmin fotosunu daxil etmək lazımdır.

 

Seçim iki yaş kateqoriyası üzrə (12 yaşa qədər, 12-17 yaş) keçiriləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimiideya əsas götürüləcək.

 

Birinci turdan keçmiş əsərlərin müəllifləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqlar.

 

 

Mədəniyyət.- 2020.- 30 iyul.- S.5.