Türk xalqlarının kitabkitabxana mədəniyyəti

 

 

İyulun 14-də Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə “Türk xalqlarının kitabkitabxana mədəniyyəti” mövzusunda onlayn elmi seminar keçirilib.

 

Seminarın moderatoru, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov karantin dövründə keçirilən bu cür onlayn tədbirlərin məqsədinin gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi olduğunu qeyd edib. O, ölkəmizdə kitabxanaçılıq sahəsində yüksəkixtisaslı ali təhsilli kadrlar hazırlayan BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin əhəmiyyətini xüsusi vurğulayıb.

 

Sonra BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazımi “Türk xalqlarının kitabkitabxana mədəniyyəti” mövzusunda təqdimatla çıxış edib.

 

O, fakültənin yaradılmasında böyük rolu olmuş Əməkdar elm xadimi, mərhum professor Abuzər Xələfovun xidmətlərindən bəhs edib. Çıxışçı türk xalqlarının kitabxana quruculuğu, xidməti və mədəni əlaqələri, ortaq kitabxana cəmiyyətlərinin formalaşdırılması, kitab məhsulu, innovativ fəaliyyət metodları, kitabxanaların rəqəmsal cəmiyyətə inteqrasiya istiqamətləri, elektron resurslar və digər məsələlər haqqında ətraflı məlumat verib.

 

 

Mədəniyyət.- 2020.- 15 iyul.- S.1.