Skripkaçı həmyerlimizin yeni videoklipi təqdim edilib

 

 

Almaniyada yaşayan həmyerlimiz, istedadlı skripkaçı Fəridə Rüstəmovanın iştirakı ilə videoklipYoutube” kanalında təqdim edilib.

 

Layihə barədə məlumat verən musiqiçi  deyib ki, bu günlərdə onu populyarPyer M.Krauzeteleşousunda çıxışa dəvət ediblər. Teleşounun müəllif Pyer M.Krauze Fəridədən öz zövqünə uyğun, “güclü, fədakarlıqla, əminliklə səslənən” mahnı seçməsini xahiş edib. Skripkaçı sevimli bəstəkarı olan Hans Zimmerin bir əsərini – baş rollarda Tom HenksOdri Totunun çəkildiyi “Da Vinçi kodu” kinofilminə yazdığı “Chevaliers de Sangreal” melodiyasını ifa etmək qərarına gəlib.

 

Şouda uğurla çıxış etdim. Mənə tanımadığım adamlardan məktublar gəlməyə başladı. Onlar mənim çıxışıma heyran olmuşdularbir daha ifamı dinləmək istəyirdilər. Bu musiqiyə videoklip çəkmək ideyası bax beləcə yarandı”, – deyə musiqiçi bildirib.

 

Fəridənin sonuncu klipini çəkən rejissorfotoqraf Mariya Çistyakova ona Baden-Vürtemberq federal əyalətindəki Frauenlob şəhərini göstərib. Burada antik teatrları xatırladan məşhur monastırın xarabalıqları yerləşir.

 

“Mən o dəqiqə başa düşdüm ki, öz klipimizi məhz burada çəkəcəyik”, - deyə Fəridə etiraf edib. O, almaniyalı rejissor Mixa Rotuya klipin çəkilişlərini öz üzərinə götürməyi xahiş edib.

 

“Mənim kliplərimin çəkilişlərində hər dəfə müxtəlif rejissorlar işləyir, lakin ideya və ssenarilər daim mənə məxsusdur. Onlar mənim düşüncələrimi videoklipə köçürməyə yardım edirlər. Çox xoşbəxtəm ki, bu, olduqca gözəl alınır”, - deyə Fəridə vurğulayır.

 

Musiqiçinin sözlərinə görə, hər şey ideyanın yaranmasından başlayır. Bu ideya həyata keçməyənədək onu rahat buraxmır. Aktyorların, geyimlərin, musiqinin seçimibütün təşkilati işlərlə – məşqlərin vaxtından başlanmış video üzərində ən son cizgilərədək hər şeylə özü məşğul olur. Buna görə də o, etiraf edir ki, belə layihələr çox vaxtenerji tələb edir: “Mən bu layihələri sevirəm. Sadəcə olaraq, bununla yaşayıram”.

 

Təqdim olunan videoklipdə Fəridə Karlsrue Konservatoriyasında birgə təhsil aldığı istedadlı violonçelçalan Vasili Bıstrov ilə duetlə çıxış edir.

 

Mədəniyyət.- 2020.- 15 iyul.- S.8.