MədəniyyətkanalındaVətən borcufilminin premyerası

 

 

İyulun 13-də “Mədəniyyətkanalında Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, 2016-cı il Aprel döyüşlərinin şəhidi Mühüd Orucova həsr edilmişVətən borcusənədli filmi nümayiş olunub.

 

Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmişVətən borcuadlı filmdə kapitan Mühüd Orucovun həyat döyüş̧ yolundan bəhs olunur. Filmin ideya ssenari müəllifi Afət Telmanqızıdır.

 

Mühüd Orucov 1984-cü il iyulun 13-də Qazax rayonunun Fərəhli kəndində anadan olub. Təhsilini əvvəlcə C.Naxc­̧ıvanski adına Hərbi Liseydə, daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə alıb.

 

“N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün kəşfiyyat tağımı komandiri vəzifəsindən Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat taboru komandiri vəzifəsinə qədər şərəfli yol keçib. Kapitan Mühüd Orucov 2016-cı il aprelin 2-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra ölkə başçısının sərəncamı iləİgidliyə görəmedalına layiq görülüb.

 

 

Mədəniyyət.- 2020.- 15 iyul.- S.5.